Zelenski iki ölkəyə səfərini ləğv etdi

Ukrayna Prezidenti Vladimir Zelenski bu həftənin sonuna planlaşdırılan Portuqaliya və İspaniya səfərlərini ləğv edib.

Yenicag.az xəbər verir ki, bu barədə “CNN Portuqaliya” məlumat yayıb.

Məlumata görə, Zelenski Ukraynada yaranmış ciddi daxili vəziyyətə görə səfərini ləğv edib:

“Ukrayna dövlət başçısının nümayəndə heyəti anladı ki, cəbhə xəttinin bir neçə istiqamətində, xüsusən də Xarkovda yaranmış ağır vəziyyət hazırda xaricə səfər etməyi məqsədəuyğun hesab etmir”.

 

COP29