“İsrailin HƏMAS ilə müharibəsi Ukraynanın dayanıqlılığına pis təsir edir”.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin Facebook səhifəsində paylaşılıb.
Ukrayna prezidenti Zelenski bildirib ki, Yaxın Şərqdəki müharibə ölkəyə göstərilən yardıma təsir edir:
“Diqqət itkisi, əməkdaşlıqda konsentrasiya və ölkəyə dəstək itkisi var. Bu, kompleks şəkildədir və Ukraynanın dayanıqlığına çox pis təsir edir”.
O əlavə edib ki, “artıq ilk olaraq kimə kömək edəcəyini düşünməyə başlayan ölkələr var – İsrail, yoxsa Ukrayna”.
Zelenski qeyd edib ki, Yaxın Şərqdəki müharibənin arxasında Rusiyanın varlığı və ya təsiri dayanır.
Xuraman Etibarlı