“Krım azad olunmadıqca müharibə bitməyəcək”.
Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna üçün qələbə yalnız 1991-ci il sərhədlərinin bərpasıdır: “Hazırda Ukraynanın səyləri cənub və şərqdəki ərazilərin geri alınmasına yönəlib. Amma son məqsədimiz Krımın azad edilməsidir. Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik”.
Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.
Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.