Ukrayna prezidenti Volodimir Zelenski İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon danışığı apararaq növbəti hərbi yardım paketi və digər məsələləri müzakirə edib.
Yenicag.az “European Pravda”ya istinadla xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə məlumat yayıb.
O, bildiriv ki, Meloniyə cəbhədəki hazırkı vəziyyət barədə məlumat verib və İtaliyanın hazırladığı 10-cu yardım paketinin çatdırılmasını sürətləndirmək imkanlarını müzakirə ediblər.
“Regionda təhlükəsizlik vəziyyətini, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağı və Avropa liderləri səviyyəsində koordinasiyanı gücləndirməyi razılaşdırdıq”, – Zelenski əlavə edib.
Qeyd edək ki, İtaliya hökumətinin 2024-cü ilin sonuna qədər 10-cu yardım paketini təsdiqləmə ehtimalı qeyri-rəsmi olaraq bildirilib. Bundan əlavə, dekabrın 5-də İtaliyanın baş naziri Viktor Orbanla görüşü zamanı Giorgia Meloni Ukrayna ilə bağlı məsələlərə də toxunub.