Zelenski Qərbin ona təzyiq etməsi barədə xəbərləri təkzib edib.
Yenicag.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarının onu Rusiya ilə danışıqlara çağırması ilə bağlı mediada yayılan xəbərləri təkzib edib.
“Bu gün heç kim mənə təzyiq göstərmir. Bütün bunlar müharibənin əvvəlində və müharibədən əvvəl baş verib.
Bu gün nə Aİ, nə də ABŞ liderlərindən heç biri bizə təzyiq etmir… Bizim indi Rusiya ilə oturub danışmağımız və ona nəsə verməyimiz, bu, baş verməyəcək”, – deyə Zelenski bildirib.
Xuraman Etibarlı