Zelenski sabah ABŞ-yə səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də Ağ Evdə amerikalı həmkarı Cozef Baydenlə görüşəcək.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Ukraynaya yardımı görüşün əsas müzakirə predmeti olacaq.

Ağ Evin Mətbuat xidmətindən bildirilib ki, Zelenski səfər zamanı, həmçinin, Senat üzvlərinin iclasında çıxış edəcək.

Qeyd edək ki, Zelenski dekabrın 10-da Argentinaya səfər edib, burada yeni Prezident Xavyer Maylinin andiçmə mərasimində iştirak edib. Bu, Ukrayna Prezidentinin rus qoşunlarının genişmiqyaslı işğala başlamasından sonra Latın Amerikası ölkələrinə ilk səfəri idi./Qafqazinfo.az/