Ukrayna prezidenti Vladimir Zelenski Türkiyədə rəsmi səfərdədir.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ukrayna prezidentinin səfəri Krım-tatar icmasının mərkəzinin açılışı ilə başlayıb.
Zelenski daha sonra Ankarada ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla, İstanbulda isə Konstantinopol Patriarxı I Varfolomeylə görüşüb.
Səfər Türkiyə prezidentinin dəvəti əsasında gerçəkləşir.