Prezident Vladimir Zelenski Lüksemburq parlamentindəki çıxışında Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinə dəstək olunacağına ümid etdiyini bildirib.
Yenicag.az xəbər verir ki, “Ukrayna artıq faktiki olaraq Avropa İttifaqının bir hissəsinə çevrilib. Biz artıq həm ikitərəfli səviyyədə, həm də Aİ səviyyəsində tamhüquqlu üzvlüyə uyğun miqyasda əməkdaşlıq edirik. Bunu bir-birimizi müdafiə etməyimizdən yaxşı nə sübut edə bilər?” – deyə Zelenski qeyd edib.
O, Lüksemburqun iyunda Ukraynaya Aİ üzvlüyünə rəsmi namizəd statusunun verilməsini, sonra isə Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyəcəyinə əminliyini ifadə edib.
Zelenski Lüksemburqun baş nazirini gələcək əməkdaşlığı müzakirə etmək üçün Ukraynaya dəvət edib.
Aİ liderləri iyun iclasında Ukrayna, Gürcüstan və Moldovanın birliyə üzvlüklə bağlı müraciətlərinə baxılması barədə razılığa gəliblər.
Bununla belə, Aİ ölkələri arasında Ukraynaya namizəd statusunun verilməsi ilə bağlı yekdil fikir yoxdur.