“NATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil”.
Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “ ABC News” telekanalına müsahibəsində bildirib.
“Ukrayna NATO qarşısında diz çöküb yalvarmayacaq. Ukraynanın üzvülüyə qəbul etməyə hazır olmadığını anlayandan NATO-dan soyumuşam”, Volodimir Zelenski bildirib.