Zelenski Ukrayna və Rusiya arasında danışıqların birinci raundunu şərh etdi

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna və Rusiya arasında danışıqların birinci raundunu şərh edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Zelenski ilk raunddan istədikləri nəticəni almadıqlarını bildirib.

“Rusiya öz mövqelərini açıqlayıb. Bizdən əks məqamlaq səsləndirilib – müharibəni bitirmək üçün. Bəzi siqnallar aldıq. Nümayəndə heyəti Kiyevə qayıdandan sonra biz eşitdiklərimizi təhlil edəcəyik və sonra danışıqların ikinci raunduna necə keçəcəyimizə qərar verəcəyik”, – deyə Ukrayna prezidenti qeyd edib.