Zelenski və Conson arasında telefon danışığı oldu

Ukrayna Prezidenti Vladimir Zelenski və Boris Conson arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı twitterdə yazıb.

“Cəbhədəki durumdan danışdım. Ukrayna üçün yeni gücləndirilmiş müdafiə dəstəyi paketinin təsdiqini aldım. Təhlükəsizlik təminatları üzrə işlərin intensivləşdirilməsi məsələsini qaldırdım. Böyük Britaniya ilə birlikdə ərzaq böhranından qaçmaq və limanları blokadadan çıxarmaq yollarını axtarırıq”, – Ukrayna lideri vurğulayıb.