Zelenski xaricə səfərlərini ləğv etdi – Cəbhə xəttində çətin VƏZİYYƏT

Ukrayna prezidenti Volodimir Zelenski Portuqaliya və İspaniyaya səfərlərini ləğv edib.

Yenicag.az “CNN Portugal”a istinadən xəbər verir ki, prezident hazırda Ukraynada ciddi daxili vəziyyətlə əlaqədar Pireney yarımadasına səfərini ləğv edib.

Agentliyin mənbələri bununla bağlı qeyd edib ki, təfərrüata varmadan, Ukrayna dövlət başçısının nümayəndə heyəti bir neçə cəbhə xəttində, xüsusən Xarkovdakı çətin vəziyyətin hazırda xaricə səyahət etməyi məqsədəuyğun hesab etməyib.

Rafi Müslümov

COP29