Ukrayna Prezidenti Vladimir Zelenski Xarkova gedib.
Yenicag.az xəbər verir ki, bu barədə Prezident Zelenski “X” hesabında bildirib.
V.Zelenski deyib ki, o, Xarkovda regional vəziyyət və istilik mövsümünə hazırlıqla bağlı müşavirə keçirib. “Mən həmçinin müdafiə əməliyyatları, xüsusilə Volçansk ərazisində, eləcə də zədələnmiş enerji infrastrukturunun bərpası ilə bağlı məlumatlandırıldım. Düşmən atəşinə məruz qalan Xarkov vilayəti torpaqlarından didərgin düşmüş insanlarımızın mənzil təminatına xüsusi diqqət yetirdik”, – qeyd edib.