Co Baydenin prezident seçkilərində yarışdan geri çəkilməsi çətin, lakin güclü qərardır.
Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski X hesabında yazıb.
“Bu qərara hörmətlə yanaşırıq. Prezident Baydenə hər zaman minnətdar olacağıq”, – Zelenski qeyd edib.
O, həmçinin ABŞ-nin növbəti rəhbərliyinin Ukraynaya Rusiya ilə münaqişədə dəstəyi davam etdirəcəyinə ümid etdiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden iyulun 21-də seçki yarışını tərk etdiyini açıqlayıb. O, prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.