Zelenskini öldürmək istəyən dəstəni ruslar ifşa etdi

Ukrayna Prezidenti Vladimir Zelenskini aradan götürmək istəyən “Kadırovçular” zərərsizləşdirilib.

Bu barədə Ukrayna Təhülkəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov telemarafon zamanı məlumat verib.

O, bildirib ki, dəstə barədə məlumatları Ukrayna tərəfinə Rusiya Federal Təhlükəsizlik Qüvvələrinin müharibə əleyhinə olan əməkdaşları ötürüb.

Elit qrupun Qostomel yaxınlığında məhv edildiyi bildirilib./Oxu.az/