“Ukraynanın ən böyük dəstəkçisi ABŞ-dir”.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-yə səfəri haqqında danışan siyasi şərhçi Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.
O qeyd edib ki, önümüzdəki il müharibə daha da siddətlənəcək:
“Zelenski Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ilk dəfə xaricə səfər etdi. Ukraynanın maliyyə və hərbi cəhətdən ən böyük dəstəkçisi ABŞ-dir. Yaxın perspektivdə ABŞ Konqresi Ukrayna üçün milyardlarla dollarlıq yeni yardım paketi hazırlayacaq. Zelenski-Bayden görüşündə Ukraynaya “Patriot” raketlərinin verilməsi məsələsi müzakirə mövzusundan biridir.
Zelenskinin ABŞ səfərindən sonra Ukraynaya maliyyə və hərbi dəstəyi daha da artacaq. Ukrayna itirdiyi torpaqların azad edilməsi uğrunda növbəti əks-hücuma keçəcək. Gələn il müharibənin daha da şiddətlənməsini müşahidə edəcəyik”.
Nəsimi Ələsgərli