!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zelenskinin Ərdoğandan öyrənəcəyi çox şey var” – Qriqori Mavrov

!Reklam – Yazi

“Ukraynanın Azərbaycana yönəlik perspektiv siyasəti haqda hələlik yalnız ehtimal üzərində danışa bilərik”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukraynada keçirilmiş prezident seçkilərindən sonra Kiyevin Türkiyə və Azərbaycanla bağlı mümkün siyasətini dəyərləndirən Ukraynalı politoloq, Türkiyə üzrə ekspert Qriqori Mavrov deyib.

– Ukraynada keçirilmiş son seçkilərin nəticələrini necə qiymətləndirirsiz? Bu seçkilərdə demokratiyanın qalib gəldiyini söyləmək olarmı?

– Mən deyərdim ki, Ukraynanın müstəqilliyinin bərpasından sonra ölkədə demokratiya hər zaman qalib gəlib və son seçkilər də bunu növbəti dəfə təsdiqlədi. Ukraynada siyasi mədəniyyət tam kamilləşməsə də, onda avtoritarizm meylləri yoxdur. Nəzərə alınmalıdır ki, Ukrayna cəmiyyəti yekcins deyil, yəqin ki, yalnız tənbəl adamlar ölkənin qərb, şərq və mərkəzə doğru “parçalanma xətti” haqda yazmağa ərinərdi. Lakin məhz bu amil Ukraynanı çox sayda maraqların mövcud olması səbəbindən onunla hesablaşmaq zərurəti yaranan unikal ölkəyə çevirir. Bəlkə də bu, bəzi ölkələrdə çatışmazlıq kimi qiymətləndirilə bilər. Ancaq bu, Ukrayna üçün hələlik tam istifadə olunmayan böyük potensialdır.

– Ukraynanın xarici siyasətində nə dəyişəcək? Zelenski Qərbyönümlü kursu davam etdirəcək?

– Fikrimcə, onun başqa alternativi yoxdur. Çünki Rusiyanın Ukraynanı tamamilə “udması” heç kəsə yaxşı heç nə vəd etmir. Unutmayaq ki, 2014-cü ildən etibarən aparılan antiterror əməliyyatlarında on minlərlə insan iştirak edib və onlar düşmənlə istənilən anlaşmanı xəyanət hesab edirlər.

– Dünya liderləri Zelenskini qələbə münasibətilə təbrik etdilər. Onu ilk təbrik edənlərdən biri də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Zelenski də öz növbəsində seçkilərdən həmən sonra ailəsi ilə birlikdə istirahət üçün Türkiyəyə yollandı. Bunu təsadüf kimi qiymətləndirmək çətindir. Sizcə, Zelenski dönəmində Ukrayna-Türkiyə münasibətləri necə inkişaf edəcək?

– Bu, çox vacib məsələdir. Çünki hələ Petro Poroşenko özünün hakimiyyət dönəmində ikitərəfli əlaqələrin genişləndirilməsinə tərəfdar olan Türkiyə prezidenti ilə çox yaxın dostluq münasibətləri qurub. Ərdoğan üçün Ukrayna Türkiyənin Rusiya ilə münasibətlərində ciddi balanslaşdırıcı amildir. O baxımdan, əgər Ukraynanın hər hansı kəskin dönüşü olmasa, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Zelenski üçün Ərdoğanın təcrübəsindən yararlanmaq faydalı olardı. Əvvəla, Ərdoğan genişmiqyaslı islahatlar həyata keçirərək Türkiyəni dünya liderləri ilə bir sıraya qaldırdı. İkincisi, Ərdoğan parçalanmış cəmiyyəti islahat və modernləşdirmə ideyası ətrafında bir araya gətirməyi bacardı. Ukrayna da bu təcrübədən yararlana bilər.

Bir mühüm məqamı da nəzərə alaq ki, Poroşenko Türkiyə ilə əlaqələrdə hər zaman Krım-tatar amilindən istifadə edib. Məlumdur ki, Krım tatarlarının Türkiyədəki nəsilləri orada çox ciddi təsir və nüfuza malikdirlər. Bu amilin öz aktuallığını saxlaması yeni prezident üçün də vacib məsələdir. Onların bu siyasəti davam etdirib—etdirə bilməyəcəkləri hələ məlum deyil. Lakin aydındır ki, Krım tatarları amili olmasa, Ukraynanın Türkiyədəki maraqlarının qorunması çətin olacaq. Hər halda, Ukrayna biznesinin Türkiyədəki təsiri Rusiya biznesi ilə müqayisəyə gəlmir. Ona görə də, Krım tatarları faktoru Ukraynaya Rusiyanın bu üstünlüyünü neytrallaşdırmaq üçün çox lazımdır.

– Sosial şəbəkələrdə Zelenskinin Azərbaycanda istirahət etdiyi vaxt çəkdirdiyi fotoşəkillər yayılıb. Ukraynanın yeni prezidenti bizim ölkəmizlə yaxından tanışdır. O cümlədən, Azərbaycanda Ukraynanı çox vacib tərəfdaş kimi dəyərləndirirlər. Ukraynada hakimiyyət dəyişikliyindən sonra ikitərəfli münasibətlərdə nə dəyişəcək?

– Çox təəssüf ki, mövcud potensiala baxmayaraq, Ukrayna və Azərbaycan arasında ikitərəfli münasibətlər heç də istənilən səviyyədə deyil. Zelenskinin komandasından əldə edilməsi mümkün olan informasiyalar Ukraynanın Azərbaycanla bağlı siyasəti haqda qəti fikir bildirmək üçün yetərli deyil. Bu üzdən də, Ukraynanın Azərbaycana yönəlik perspektiv siyasəti haqda hələlik yalnız ehtimal üzərində danışa bilərik. Ümid edək ki, münasibətlər yalnız yaxşılığa doğru dəyişəcək.

Qafqaz Ömərov

www.yenicag.az

986
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv