Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Zelenskinin siyasətini Kolomoyski müəyyənləşdirir” – Salih Yıllmaz

“Ukraynanın prezidenti və baş naziri yəhudi əsilli insanlardır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin yürüdəcəyi siyasəti dəyərləndirən Türkiyəli politoloq Salih Yılmaz deyib.

Salih Yılmaz

Salih Yılmazın sözlərinə görə, Zelenskinin prezident seçilməsindən sonra Ukrayna-Rusiya və ABŞ-Rusiya münasibətlərində İsrail amilinin təsiri artacaq:
“Məlumdur ki, prezident seçkilərində Zelenskinin ən böyük dayağı Ukraynanın əsas oliqarxlarından biri sayılan İqor Kolokiyski oldu. Hər halda, Zelenskinin seçkidəki uğuru onun verdiyi vədlərlə deyil, Ukrayna cəmiyyətinin başqa bir oliqarx Poroşenkoya ümidlərinin puç olması ilə şərtlənir.

O baxımdan, Zelenskinin siyasətini məhz Kolomiyskinin müəyyənləşdirdiyini söyləsək, yanılmarıq. Zelenskinin yəhudi əsilli olması və onun Kolomiyski ilə görüşmək üçün tez-tez İsrailə getməsi Ukrayna siyasətində yeni balansın yaranacağından xəbər verir. Onu da unutmayaq ki, Ukraynanın prezidenti və baş naziri yəhudi əsilli insanlardır.

Kolomiyskinin hazırda İsraildə yaşaması və yeni prezidentin yəhudi kökənli olması Ukraynanın İsrailyönümlü siyasət yürüdəcəyini söyləməyə əsas yaradır. Hətta bu mənada İsrail-Rusiya münasibətləri Ukrayna-İsrail münasibətlərinə də təsir göstərə bilər.

Rusiyanın Suriyadakı İran qüvvələrinə İsrail hücumuna cavab vermək öhdəliyinin olmaması isə Moskvanın ABŞ və Ukrayna ilə münasibətlərinə İsrailin mümkün təsirini artırır”.

A.Zeynalov

Loading...

www.yenicag.az

3587
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100