“Hazırda Ukraynaya sülh lazım deyil”.
Bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenskinin rəsmi Kiyevin sülhə hazır olmasını elan etməsinə münasibət bildirən siyasi ekspert Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, Ukrayna işğal olunmuş əraziləri azad etdikdən sonra sülhə zəmin yarana bilər:
“2014-cü ildə Rusiya tərəfindən işğal olunmuş Ukrayna əraziləri azad edildikdən sonra sülhə zəmin yarana bilər. Ukrayna hazırda hücum altındadır. Rusiyanın ilhaq etdiyi ərazilər sürətlə işğaldan azad olunur. Ukrayna növbəti azad olunacaq yer – Krım üçün plan üzrə hücuma hazırlaşır. Hazırda Ukraynaya sülh lazım deyil.
Döyüşlərin səngimədiyi dövrdə Zelenskinin sülh masasına oturması qeyri-mümkündür.
Zelenskinin açıqlamasının pərdə arxası Ukrayna ərazilərinin tam işğaldan azad olunmasından sonra Rusiya ilə sülh danışıqlarına başlamaqdan ibarətdir. Ərazilərin işğaldan azad olunması prosesi uzun müddət çəkəcək”.
Nəsimi Ələsgərli