Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Zelenskinin Vaşinqtona səfəri ilə bağlı bəzən həqiqətdən uzaq fikirlər səsləndirilsə də...” – ŞƏRH

Reklam: Sinerji Pro

“ABŞ-nin Ukraynaya hərtərəfli dəstəyini davam etdirəcəyini bildirməsi çox vacib məqamdır”.

Bu fikirləri Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-yə səfərinin nəticələrini şərh edən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, müxtəlif iddialara baxmayaraq, Zelenskinin Vaşinqtona səfəri kifayət qədər uğurlu alınıb:

“Krım Platforması dünyanın bir çox ölklərinin prezidentlər və digər səviyyələrdə təmsil olunduğu möhtəşəm bir tədbir idi. Tədbirin yekun sənədində Krımın Ukraynanın tərkib hissəsi olduğu qəti şəkildə ö əksini tapdı və Krımın Rusiya tərəfindən işğal olunması faktının tanınmayacağı bəyan olundu.

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ səfəri ilə bağlı müxttəlif rəylər, bəzən həqiqətdən xeyli uzaq fikirlər səsləndirilsə də, hesab edirəm ki, bu səfər kifayət qədər uğurlu alındı. İddia edilirdi ki, guya Zelenski Donbası Rusiyaya verir və Baydenin bütün ultimatumlarını qeyd-şərtsiz qəbul edib. Bunlar həqiqətə uyğun deyil.

Doğrudur, Zelenski Ukraynada hələ ki köklü islahatlar keçirə bilməyib. O baxımdan, ölkədə rüşvət və korrupsiya kimi bəlalar, sosial-iqtisadi problemlər qalmaqdadır. Təəssüf ki, SSRİ dağıdlqdan sonra Avropanın ərazicə ən böyük dövlətinə çevrilən, eyni zamanda müəyyən istesal həcminə görə dünyada birinci yeri tutan Ukrayna indi belə acınacaqlı vəziyyətə düşüb. Burada, əlbəttə ki, Ukraynanın sabiq rəhbərlərinin, xüsusilə Ukraynanı nüvə silahından məhrum etmiş Leonid Kravçukun da günahı var.

Zelenskinin Vaşinqtona səfərinə qayıtsaq, ABŞ-nin Ukraynaya hərtərəfli dəstəyini davam etdirəcəyini bildirməsi çox vacib məqamdır. Amma bu dəstəyin praktik nəticəsinin olması üçün Ukraynada yuxarıda vurğulanan problemlər həll edilməlidir”.

A.Zeynalov

www.yenicag.az

193
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100