Zelenskiyə silahlı hücum? – Qoruma tələb etdi

Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskinin evinin yaxınlığında odlu silahlarla silahlanmış dəstə saxlanılıb.

Yenicag.az xəbər verir ki, Ukrayna hüquq-mühafizə orqanları dəstənin sorğusuna başlayıb.

Onların hansı məqsəd güddükləri isə hələ ki, məlum deyil.

Qeyd edək ki, bu hadisədən sonra Zelenski təhlükəsizliyini gücləndirmək üçün əlavə dəstək istəyib.