Zelenskiylə Conson Kiyev küçələrini gəzdilər

Ukraynada səfərdə olan Böyük Britaniyanın Baş naziri Boris Conson Vladimir Zelenski ilə Kiyevin mərkəzi küçələrində gəzintiyə çıxıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Zelenski “Facebook” hesabında paylaşım edib.

Onlar Müstəqillik Meydanı və Qəhrəmanlar Xiyabanına gəliblər.

Gəzinti zamanı yoldan keçən ukraynalı Boris Consona hədiyyə təqdim edib.