Zəlimxan Yaqubun səhhəti ilə bağlı – Son məlumat

zelimxanyaqub0Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun səhhəti normallaşıb.

Bu barədə Azərbaycan Aşıqlar Birliyindən məlumat verilib. Birlikdən onu da bildiriblər ki, hazırda Z.Yaqub evindədir: “Həkimlər müayinə edib, evə göndərib. İndi müalicə ev şəraitində davam etdirilir”.

Qeyd edək ki, dünən Xalq şairi Zəlimxan Yaqubun vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilmişdi.