Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Zəlzələ 603 evə ziyan vurdu - Ağsuda

Fevralın 5-i gecə saatlarında baş verən zəlzələ nəticəsində Ağsuda ev və obyektlərin ziyan çəkməsi ilə bağlı müraciətlər artmaqdadır.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Ağsu Rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Məlumata görə, komissiyaya bu günədək 603 müraciət daxil olub. Daxil olan müraciətlərə əsasən 452 evə artıq baxış keçirilib.

Komissiyadan bildirilib ki, hadisə nəticəsində zədələndiyi deyilən evlərin əksəriyyəti rayonun sürüşmə zonasında yerləşir.

Hazırda komissiya tərəfindən araşdırmalar davam etdirilir.

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

www.yenicag.az

1923
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM