Zəlzələ Bakıda niyə hiss olunmadı? – SƏBƏB

Dünən baş verən zəlzələ əsasən Bakının Xətai, Nəsimi, Yasamal rayonlarında hiss olunub. Paytaxtın bəzi ərazilərində hiss olunub, bəzilərində hiss olunmamasının səbəbi həmin ərazilərin seysmik aktivliyi ilə bağlıdır.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında ötən gecə baş vermiş zəlzələ barədə məlumat verərkən deyib.

Q.Yetirmişli bildirib ki, Bakıda bəzi ərazidə eyni binada zəlzələyə davamlılıq fərqlidir.

“Bəzi binaların bir qolunun yerləşdiyi ərazidə maksiumum 8, digər hissəsində 9 bal gücündə zəlzələ qeydə alına bilər. Ona görə də tikinti aparılarkən hər bir ərazinin seysmikliyi dəqiqləşdirilməlidir. Bəzən eyni yerdə seysmik aktivlik fərqli ola bilir”.