Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində baş verən zəlzələ nəticəsində azı 9 nəfər ölüb.
Zəlzələnin episentrinin qonşu Əfqanıstanda olduğu qeyd edilir. Əfqanıstanın şərqindəki Laqman əyalətində isə iki nəfər ölüb.
Yenicag.az Apa-ya istinadən xəbər verir.
Təbii fəlakət nəticəsində daha 44 nəfər xəsarət alıb.
Bundan əvvəl Əfqanıstanda zəlzələdən sonra iki onlarla evin dağıldığı bildirilirdi.
Yeraltı təkanlar Tacikistan, Qazaxıstan və Özbəkistanda hiss olunub.