!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələ fəlakəti: Türkiyədə ölənlərin sayı 17 mini keçdi - YENİLƏNDİ

!Reklam – Yazi

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 674 nəfərə çatıb. 

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

Yaralıların son açıqlanan sayı isə 72 879 nəfərdir.

Dağılan binaların sayı 6 444 təşkil edir.

***22:25

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134-ə çatıb, 70 347 nəfər yaralanıb.

***

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 16 170-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, yaralıların sayı 64 194-dür. Zəlzələ nəticəsində dağılan binaların sayı isə 6 444-ə bərabər olub.

*** 16:35

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 351 nəfərə çatıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 014 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, yaralıların sayı isə 62 937 nəfərə çatıb.

***09:55

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 12 873-ə yüksəlib.

Yenicag.az xəbər verir ki, yaralıların sayı isə 62 937 nəfərə çatıb.

***08:45

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 62 914 nəfər yaralanıb.

www.yenicag.az

1190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv