“Zəlzələ Naxçıvan və Lənkəranda da hiss olundu”

“Türkiyədə baş verən zəlzələnin episentri Qəhrəmanmaraşdır. Davamiyyəti 9 dəqiqədən artıq olub. Bu, çox böyük göstəricidir”.

Yenicag.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün Türkiyədə vaş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, artıq tapşırıq verilib və Azərbaycandan 370 nəfərdən ibarət xilasedici Türkiyəyə gedir: “Türkiyədə zəlzələ nəticəsində 280-dən çox ölən, 2300-dən çox yaralı var. Zəlzələ az halda Naxçıvan və Lənkəran bölgəsində hiss olunub”.