!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FHN İsmayıllıda baş verən zəlzələ ilə bağlı məlumat YAYDI

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayonu ərazisində qeydə alınan zəlzələ barədə məlumat yayıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 24.03.2023-cü il tarixində saat 11:09-da İsmayıllı seysmik stansiyasından 6 km şimalda İsmayıllı rayonu ərazisində, 9 km dərinlikdə 4,2 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv