Meksikada baş verən 8,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, təbii fəlakət zamanı xəsarət alanların sayı isə yüzlərlədi. Axtarış-xilasetmə işləri hələ də davam edir.
Xatırladaq ki, sentyabrın 8-də Meksika sahillərində baş verən zəlzələnin episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşir. Yeraltı təkanların son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ olduğu qeyd edilir.