Türkiyədə baş vermiş dəhşətli zəlzələləri öncədən proqnozlaşdıran və “zəlzələ peyğəmbəri” kimi tanınan Frank Hoogerbeets ötən gecə baş verən zəlzələləri də əvvəlcədən bilib.
Yenicag.az xəbər verir ki, məşhur mütəxəssis bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
Hoogerbeets iki gün əvvəlki tvitində ötən gün Hatayda baş verən 6,4 bal gücündə zəlzələdən bəhs edib.
“Daha güclü afterşok, seysmik aktivlik təxminən fevralın 20-dən 22-dək baş verə bilər və potensial olaraq bu hal 22-də maksimuma çata bilər”, – deyə o, paylaşımda bildirib.
Qeyd edək ki, zəlzələ mütəxəssisi Frank Hoogerbeets buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq.