Zəlzələdə ölənlərin sayı 100-ə çatdı

1483006646İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

Məlumata görə, 90 nəfər zəlzələnin episentrinə yaxın olan Pidicaya, 10 nəfər isə Biryoen vilayətində ölüb. Daha 536 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qeyd olunub ki, hazırda dağıntılar altında qalan şəxslərin xilas edilməsi üzrə müvafiq işlər görülür.