Zəlzələdə ölənlərin sayı 61-ə çatdı – Meksikada

Meksika sahillərində 8 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.

Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Enrike Penya Nyeto məlumat verib.

Zəlzələdən sonra sunami xəbərdarlığı da verilib. Əksər əyalətlərdə əhali evsiz-eşiksiz, işıqsız qalıb.