!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələnin dağıtdığı ərazilərdə yeni binaların tikintisinə başlanıldı

!Reklam – Yazi

Türkiyənin cənub-şərqində fevral ayında dağıdıcı zəlzələlərdən zərər çəkmiş bölgələrdə ilk evlərin təməli qoyulub.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qəhrəmanmaraş vilayətində keçirilən mərasimdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

“50 mindən çox insanın həyatına son qoyan zəlzələlər ən böyük faciələrdən biri kimi yaddaşımızda qalacaq. Təkcə Kahramanmaraş da 12 min 307 nəfər həlak olub. Ümid edirəm ki, birlikdə bu ciddi sınaqdan daha güclü çıxacağıq”, – Ərdoğan bildirib.

O qeyd edib ki, “dünyada belə bir böyük fəlakətdən 45 gün sonra yeni evlərin tikintisinə başlayacaq ikinci ölkə yoxdur”.

Türkiyə lideri bildirib ki, ilkin mərhələdə Kahramanmaraşda 18 mindən çox evin inşası planlaşdırılır.

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv