!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələnin fəsadları ilə bağlı nazirliyə 8891 müraciət - FOTO

!Reklam – Yazi

“Şamaxı, Ağsu və İsmayıllı rayonları üzrə zəlzələ ilə bağlı ümumilikdə 8891 müraciət daxil olub”.

Yenicag.az xəbər verir ki, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin Şamaxıda keçirdiyi müşavirədə çıxış edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov deyib:

“Üç rayon üzrə zəlzələ ilə bağlı ümumilikdə 8891 müraciət daxil olub. Müvafiq komissiyalar tərəfindən indiyədək 8749 müraciətə baxılıb ki, onlardan 5435-i Şamaxıda, 2085-i Ağsuda, 1229-u İsmayıllı rayonundadır. Şamaxıda 270, Ağsuda 266, İsmayıllıda 112 evin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Ümumilikdə, 648 qəzalı vəziyyətdə olan ev var ki, bu günə qədər həmin evlərdən 272-si sökülüb. Hazırda digər evlərin podratçı şirkət tərəfindən sökülməsi və onların yerində inşaat işlərinin aparılması üçün hazırlıq işləri görülür. Sürüşmə zonasında yerləşən evlər üçün yeni torpaq sahələri ayrıldıqdan sonra həmin vətəndaşlara da yeni fərdi yaşayış evlərinin tikilməsi nəzərdə tutulur”.

www.yenicag.az

2566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv