Zəlzələnin ildönümündə ÜZÜCÜ DETAL: “İtkin düşənlər də ölü sayılacaq”

Zəlzələdən sonra xəbər alınmayan insanlar bu gündən ölü sayılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən və 11 vilayətdə 50 mindən çox insanın ölümünə səbəb olan zəlzələlərin ildönümündə dağıntılar altında qalan və hələ də xəbər alınmayanlar üçün ağrılı bir detal ortaya çıxıb.

Hüquqşünasların sözlərinə görə, zəlzələnin 1-ci ildönümü ilə itkin düşənlər bu gündən ölü sayılacaq.

Zəlzələdə yaxınlarını itirənlər sevdiklərini müxtəlif anımlarla yad edərkən, dağıntılar altında qalan və hələ də tapıla bilməyənlər üçün hüquqi proses başlayır.

Türkiyə Mülki Məcəlləsinin 32-ci maddəsinə görə, cəsədi tapıla bilməyən şəxs ölüm prezumpsiyasından faydalanmaq üçün yoxa çıxmış sayılır.

Bu, zəlzələdə yaxınlarını itirən və hələ də dağıntılar altında qalan yaxınlarının tapılmasını gözləyənlər üçün yeni ağrı mənbəyi olacaq.

Hüquqi prosesin başlaması ilə itkin düşənlərin rəsmən ölü sayılması yas prosesi və təzminat kimi məsələlərə də təsir edəcək.

Xuraman Etibarlı

COP29