Zəncirvari qəza: 10 maşın toqquşdu

Türkiyənin Dənizli şəhərində zəncirvari yol qəzası baş verib.

Yenicag.az-ın Türkiyə bürosunun xəbərinə görə, qısamüddətli təsirli olan yağış şəhərin Pamukkale rayonunda görmə məsafəsini aşağı salıb.

Nəticədə 10 avtomobilin qarışdığı zəncirvari qəza baş verib. Qəza nəticəsində 2 nəfər yüngül bədən xəsarətləri alıb.