Zəncirvari qəza: 28 avtomobil toqquşdu – Ölənlər var

Çində zəncirvari qəza baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Henan əyalətində 28 avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Xilasetmə işləri aparılır.

Qeyd edək ki, zəncirvari qəzaya qatı dumanın səbəb olduğu bildirilib.