Zəncirvari qəzada 13 nəfər xəsarət aldı

Rusiya Federasiyasının Nijni Novqorod şəhərində ağır yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, dörd avtomobilin toqquşması və onlardan birinin piyadanın üstünə çıxması nəticəsində 13 nəfər xəsarət alıb.

Bildirilib ki, qəza zamanı səkidə bir qrup 9-cu sinif şagirdi olub. Onlar qrup şəklində teatra gedirmişlər.

Ümumilikdə 11 yeniyetmə və onları müşayiət edən iki nəfər xəsarət alıb.

Bütün yaralılar xəstəxanaya aparılıb./Trend/