!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zəng etdilər ki, atanla ananın qəbrini yandırıblar”

!Reklam – Yazi

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-5Samuxda qəbir daşları yandırılıb.

ARB Kəpəz xəbər verir ki, bir neçə gün bundan əvvəl Samux rayonunun Qarabağlılar kənd qəbristanlığında yanğın hadisəsi baş verib.

Yanan adət etdiyimiz kimi qəbristanlıqdakı kol-kos yox, məhz Binnət və Zəhra Məsimovların məzarı üzərindəki baş daşları olub. Naməlum şəxs və ya şəxslər gecə saatlarında törətdiyi hadisədən mərhumların yaxınları səhər saatlarında xəbər tutub və bu barədə polisi məlumatlandırıblar.

Zöhrab Məsimov- mərhumların oğlu: “Özüm şəhərdə yaşayıram. Günorta saat 3- dən mənə zəng etdilər ki, atanla ananın qəbrini yandırıblar. Əvvəlcə elə bildim ki, uşaq işidir. Dedim, yəqin plastik əşya qoyublar, o da yandırıb. Gələndə gördüm ki, məzarlıq tam yararsız hala düşüb. Təzədən Samux rayon Polis Şöbəsinə zəng etdim və polis əməkdaşları gəldilər”.

Zərərçəkənlərin sözlərinə görə, bu Qarabağlılar kənd qəbristanlığında baş verən ilk hadisə deyil. Bundan əvvəl də Məsimovların məzarlıqda inşa etdirdiyi bulaq kompleksi dağıdılaraq yararsız hala salınıb. Bu səbəbdən də Məsimovlar ailəsi onlara mənəvi zərbə vuran şəxslərin müəyyən edilməsində israrlıdırlar. Ailə üzvlərinin sözlərinə görə, yaşadıqları kənddə və ətraf ərazilərdə heç kimlə şəxsi qərəzlikləri olmayıb.

Xavər Qurbanova- mərhumların qızı: “Mənim atam imam kimi adam olub. Hamıya əl tutub. Mən atamı elə görmüşəm”.

Yavər Nəsibova- mərhumların qızı: “Heç kimlə düşmənçiliyimiz olmayıb. İndi xahiş edirik buna baxılsın və cinayət törədənlər qanun çərçivəsində layiqli cəzasını alsınlar”.

Zöhrab Məsimov- mərhumların oğlu: “Atamdan sonra anam burada 6 il tək yaşayıb. Bizim bir düşmənçiliyimiz olsa bu hadisəni onda törədərdilər. Görünür, bir düşmənçiliyimiz yoxdur. Bu kimdirsə bir sataşmaq məsələsidir”.

Mərhumların yaxınları kimi kənd sakinləri də qəbirlərin yararsız hala salınmasını qınayır və cinayətkarların müəyyən edilərək cəzalandırılmasını istəyir.

Firdovsi Muradov- sakin: “Azərbaycanda olunmayan hadisə bizim qəbristanlıqda oldu. Qəbri yandırmaq tarixdə görünməyən hadisədir. Bu qəsddir. Hər qəbrin üstünə bir təkər qoyub yandırıblar. Özü də bunu gecə ediblər?! Çünki gündüz burada kənd adamları torpaq sulayır”.

Din xadimləri də məzar daşlarının yandırılmasını təəssüf hissi ilə qarşılayırlar. Rayon axundu İlham Məmmədovun sözlərinə görə, tolerant bir ölkədə qəbir daşlarının yandırılması Azərbaycan xalqına xas olmayan bir əməldir.

Hələlik yanğın hadisəsi ilə bağlı saxlanılan yoxdur. Samux Rayon Polis Şöbəsindən verilən məlumata görə, məzar daşlarını yandıranların müəyyən edilib məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.

qebir9.jpg görüntüleniyor

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv