Zəngəzur dəhlizində hərb EHTİMALI: “Başqa variant qalmır”

“Azərbaycanın əlində hərb yolu ilə Zəngəzur dəhlizini açmaqdan başqa variant qalmır”.

Bu sözləri Zəngəzur dəhlizinin açılmaması ilə bağlı Ermənistan tərəfinin atdığı addımları Yenicag.az-a şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev deyib.

E. Musayev bildirib ki, Ermənistan dəhlizin açılmaması üçün əlindən gələni edəcək:

“Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur. Onlar əvvəlcədən də Zəngəzur dəhlizinin açılmasında maraqlı olmaybılar. Dəfələrlə demişik ki, Paşinyanın marağında deyil Zəngəzur dəhlizi açılsın, onun niyyəti prosesi uzatmaq və revanş götürməkdir. Zəngəzur dəhlizinin açılmasında Ermənistan tərəfindən hər cür maneələr olacaq. Müxtəlif variantlar ortaya atılır, ancaq son ana qədər Ermənistan müqavimət göstərəcək”.

“Görünən odur ki, dəhlizin açılmasının yeganə yolu hərbdir. Ermənistan silahlanır, güclənir. Ermənistana silah verənlər hücum silahlarını ona görə verirlər ki, lazımı güc, qüvvə toplayandan sonra təxribat törətsinlər. Belə olan halda Azərbaycanın əlində hərb yolu ilə Zəngəzur dəhlizini açmaqdan başqa variant qalmır”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd