Zəngəzur dəhlizinin AÇMASI: “İran və Ermənistanın mövqeyi buna maneədir” – VİDEO

“İran və Ermənistanın mövqeyi bu layihənin gerçəkləşməsində əsas maneədir”.

Bunu Yenicag.az-a açıqlamasında Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsindəki Zəngəzur dəhlizi amilinin reallaşmasının perspektivlərindən danışan politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycan, Cənubi Qafqaz və ümumilikdə türk dünyası üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən layihədir.

“Təəssüf ki, bir sıra dövlətlərin tutduğu qeyri-konstruktiv mövqe dəhlizin reallaşmasını ləngidir. Ermənistanın öz imzaladığı razılaşmalardan imtina etməsi və Zəngəzur dəhlizinə nəzarəti ələ almaq istəməsi birmənalı olaraq 10 noyabr bəyanatına ziddir. Vurğulamaq lazımdır ki, həmin bəyannaməni məhz Ermənistanın Baş naziri özü imzalayıb”, – deyə o bildirib.

Ətraflı tam olaraq buradan izləyə bilərsiniz:

Nəsimi Ələsgərli

Samir Məcidov