!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizinin əhəmiyyəti: "Azərbaycan və Türkiyə ilə yanaşı.." - ŞƏRH

!Reklam – Yazi

Ölkə başçısı İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Zəngəzur dəhlizi layihəsinə toxunub. Dövlət başçısı deyib ki, Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir.

Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında bildirib ki, bu dəhlizin açılması Azərbaycanın bir hissəsi olan Naxçıvanla quru yolunun yaranması və bu şəhərin uzun illər ərzində yaşadığı blokada şəraitindən çıxması üçün önəm kəsb edir:

“Bu addım Naxçıvanın inkişafı üçün əhəmiyyətə malik olmaqla yanaşı, Azərbaycan vətəndaşlarının quru yolla gediş-gəliş problemini aradan qaldıracaq. Zəngəzur Dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürüləndə bir sıra siyasi, iqtisadi və strateji istiqamətləri nəzərə alınıb. Bu dəhliz Azərbaycanın cənub-qərb regionlarını əhatə edəcək. Dəhlizin açılması iqtisadi əlaqələrin inkişafına dəstək xarakteri daşıyır. Zəngəzur Dəhlizinin açılması Azərbaycan və Türkiyə ilə yanaşı, Ermənistan, həmçinin Xəzər dənizinin strateji prestiji və bütünlükdə bölgə üçün ciddi əhəmiyyətə malikdir. Belə ki, yükdaşımalar bölgəmizə Orta Asiya ölkələri və o cümlədən Rusiyadan Xəzər dənizi vasitəsilə daşınır. Dəhlizin açılması bu problemi həll edəcək və yeni ticarət marşrutu meydana çıxacaq. Bu marşrutdan təkcə sözügedən dövlətlər deyil, hətta Çinin də istifadə etməsi gözlənilir. Bu isə regionda yeni geosiyasi və iqtisadi mühitin formalaşmasına səbəb ola bilər. Əgər Ermənistan dəhlizin açılmasına razı olarsa, yaranacaq yeni iqtisadi layihələrdə İrəvan da iştirak edə bilər. Bu isə Ermənistanın özü üçün əhəmiyyətlidir”.

Gülşən Şərif

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv