!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngilan beynəlxalq hava limanının istismara veriləcəyi tarix açıqlandı

!Reklam – Yazi

Azərbaycanın işğaldan azad olunmuş ərazisində inşa edilən Zəngilan beynəlxalq hava limanında uçuşların radiotexniki təminatı vasitələrinin uçuş yoxlamalarına başlanıb.

Yenicag.az bu barədə AZAL-a istinadən xəbər verir.

Şirkətdən verilən məlumata görə, uçuş yoxlaması ATR 42-500 biznes-sinif təyyarəsinin göyərtəsində quraşdırılmış tam avtomatlaşdırılmış Aerodata AD-FIS-112 kompleksindən istifadə edilməklə həyata keçirilir.

Qeyd edək ki, AFİS (Aero Flight Inspection System) hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün tətbiq olunan tam avtomatik müasir uçuş nəzarəti sistemidir.

Xatırladaq ki, inşa olunan Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya təminatı üçün lazım olan bütün mühüm beynəlxalq kodlar və ICAO, EUROCONTROL və IATA çağırış siqnalları artıq təyin edilib.

Zəngilan rayonunda beynəlxalq hava limanının cari ilin sentyabr ayında istismara verilməsi nəzərdə tutulur.

www.yenicag.az

505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv