“Zəngilanı bərpa edəcəyik”

Zəngilan rayonunun gözəl mənzərəsi! Səfalı məkan! Hamısını bərpa edəcəyik. Bu da Üçüncü Ağalı kəndi. Burda görünür ermənilər yaşayıblar. Amma görün nə gündə! Nə gündə! Mən deyəndə ki, işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayır, budur, bunun sübutu.

Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilan rayonunun Üçüncü Ağalı kəndinə səfəri zamanı deyib.