Dünyanın ən turistik şəhərlərindən biri olan Çexiyanın paytaxtı Praqada turizm şirkətlərinin meyxanalarda təşkil etdiyi tədbirlərə qadağa qoyulub.
Yenicag.az xəbər verir ki, Praqa Şəhər Şurası, “daha mədəni turistlər” istədikləri üçün pub turlarını ləğv etdiklərini açıqlayıb.
Qeyd edək ki, Praqa çoxdan izdihamlı barları və spirtli küçə əyləncələri ilə məşhurdur.
Praqa Bələdiyyə sədrinin müavini Zdenek Hrib axşam və gecə saatlarında bələdçili pub turlarını qadağan etdiklərini söyləyərək, “Yalnız içki içməyə gələn turistlər yerinə daha mədəni və zəngin turistlərə üstünlük veririk” deyib.
Dünya əhalisinə nisbətən ən çox spirt istehlak edilən ölkə olan Çexiyada keçən il adambaşına 128 litr pivə istehlak edilib. Bir çox yerdə pivənin ucuz olduğu ölkə dünyanın hər yerindən spirtli içki həvəskarlarını da özünə cəlb edir.
İsmayıl Bakuvi