Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirildi – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.

Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.