!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Zenit” “Trabzonspor”dan FİFA-ya şikayət etdi - Ramil Şeydayevə görə

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Ramil Şeydayevə görə Rusiyanın “Zenit” və Türkiyənin “Trabzonspor” klubları arasında qalmaqal yaranıb.

Yenicag.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi yetirməsi olan həmyerlimizin “Trabzonspor”a transferi zamanı onlara heç bir təzminat ödənilməməsindən narazı qalıb. Rusiya klubu artıq bununla əlaqədar FİFA-ya şikayət də ünvanlayıb. “Zenit” Şeydayevə görə Türkiyə klubundan 40 min avroluq yetişdirmə haqqı tələb edir.

“Trabzonspor” rəhbərliyi artıq bununla əlaqədar ruslarla birbaşa danışıqlara başlayıblar. FİFA tərəfindən cəza almamağa çalışan Trabzon klubu tələb olunan məbləği 20 min avro olmaqla iki dəfəyə ödəməyi təklif edib. Amma ruslar bu təklifi qəbul etməyiblər və 40 min avronun birdəfəlik ödənilməsini tələb ediblər.

Qeyd edək ki, “Trabzonspor” Şeydayevi ötən mövsümün əvvəlində transfer etmişdi. Lakin bu komandada möhkəmlənə bilməyən millimizin forvardı öncə Slovakiyanın “Jilina” klubuna, daha sonra isə “Qarabağ”a icarəyə verildi.

www.yenicag.az

1630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv