Azərbaycan dilli Vikipediya sürətlə irəliləyir: 56-cı yerə qalxdıq

Vikipediya virtual ensiklopediyasının Azərbaycan dilində olan bölməsində hal-hazırda 115.214 məqalə var.

Yeniçağ.Az xəbər verir ki, 2014-cü il mart ayının 25-də Azərbaycan dilində Vikipediya məqalələrinin sayı 100 000-i keçmiş və beləliklə, bu layihə Vikipediyanın “10 000+” bölməsindən “100 000+” bölməsinə adlayıb.

Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə olan məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Belə aktivliyin yaranmasında azərbaycanlı idarəçilərin, eyni zamanda Vikipediyanın könüllü istifadəçilərinin fəaliyyəti mühüm rol oynayır.

Məhz bunun nəticəsində hal-hazırda Vikipediya məqalələrinin yaradılması ilə bağlı reytinq cədvəlində Azərbaycan dilində olan bölmə 2017-ci il mart ayının 1-də 56-cı pilləyə yüksəlib. Qeyd edək ki, hazırda Vikipediya virtual ensiklopediyası 295 dildə fəaliyyət göstərir.

Yeniçağ.Az