Zərdabda çöllükdən tapança tapıldı

Zərdab Rayon Polis Şöbəsinə rayonun Böyük Dəkkə kəndinin çöllük ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 8 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.